Cavad Zərif İran - Kuba münasibətlərində yeni bir səhifə açılacağını bildirdi

İranın xarici işlər naziri Cavad Zərif paytaxt Havanada Kubalı həmkarı Bruno Rodriguezle bir araya gəldi.

557146
Cavad Zərif İran - Kuba  münasibətlərində yeni bir səhifə açılacağını bildirdi

İranın xarici İşlər naziri Cavad Zərif Kubada bu ölkə ilə münasibətlərində yeni bir səhifə açacaqlarını dedi.
 
 Cavad Zərif paytaxt Havanada Kubalı həmkarı Bruno Rodriguezle bir araya gəldi.
 
  İrandan gələn nümayəndə heyətinin iştirak etdiyi danışıqlarda tərəflər qarşılıqlı investisiya imkanlarını müzakirə etdilər.
 
 Kuba ilə münasibətlərdə yeni bir səhifə açacaqlarını deyən Zərif, ölkəsinə tətbiq edilən sanksiyaların ləğvindən  sonra bu ölkə ilə  ticari əlaqələri inkişaf etdirəcəklərini bildirdi.
 
 İran xarici işlər naziri Havanada Kubanın dövlət başçısı Raul Castro tərəfindən də qəbul edildi..
 
 Cavad Zərif Kubadan sonra Nikaraqua, Ekvador, Çili, Boliviya və Venesuelada görüşlər keçirəcək.



Әlaqәli Xәbәrlәr