İsrailin döyüş təyyarələri Qəzzaya hücum etdi

Yerli şahidlərinin verdiyi məlumata görə qırıcılar Qəzza zolağının şimalında yerləşən Beyt Hanun bölgəsində boş əkin sahələrini bombalayıb, tanklardan isə sərhəddən top atılıb.

556420
İsrailin döyüş təyyarələri Qəzzaya hücum etdi

Yerli şahidlərinin verdiyi məlumata görə qırıcılar Qəzza zolağının şimalında yerləşən Beyt Hanun bölgəsində boş əkin sahələrini bombalayıb, tanklardan isə sərhəddən top atılıb. Yaxında yerləşən binalara ziyan dəyib.

Beyt Lahaya bölgəsində isə Fələstin müqavimət təşkilatlarına məxsus 2 səngər bombalanıb.

Qəzzada Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra bildirib ki, hücumlar nəticəsində Fələstinli bir gənc yaralanıb, 3 uşaq isə ağır sarsıntı içindədir.

İsrail ordusunun söçüsü Avaci Adrai Qəzzada Həmasa aid nöqtələrə bomba yağdırdıqlarını təsdiqləyib. Onun sözlərinə görə Qəzza hücumu Fələstindən İsrailin boş bir ərazisinə atılan raket mərmisinə cavab olub.

İsrail ordusundan ötən gün verilən açıqlamaya görə Qəzzadan atılan bir raket bombası İsrailin Siderot şəhərində açıq bir sahəyə düşüb, hadisədə ölən və ya yaralanan olmayıb. İsrail ordu qüvvələri bundan sonra Qəzza Zolağının sərhəd bölgələrində olan bəzi hədəfləri vurmuşdu.

İsrailin hücuma səbəb göstərdiyi atılan raket bombasını isə Qəzza Zolağında mövqe tutan Fələstinli qruplardan boynuna götürən olmayıb.



Әlaqәli Xәbәrlәr