O zamankı hökumətdən rüşvət alıb

Amerika Birləşmiş Ştatlarının prezident seçkilərində Respublikaçı Partiyanın namizədi Donald Trampun kampaniya başçısı Pol Manafort Ukrayna ilə gizli siyasi əlaqələri ortaya çıxdıqdan sonra istefa edib

555522
O zamankı hökumətdən rüşvət alıb

  Donald Tramp Manafortun istefasını qəbul etdiyini bildirib. 

  Qeyd edək ki, Manafortun şirkətinin 2012-2014-cü illər arasında Ukraynanın o zamankı Rusiya tərəfdarı hökuməti adından Vaşinqtonda gizli lobbi fəaliyyətləri icra etdiyi ortaya çıxıb. Ukraynalı bir millət vəkili də bu iddianı təsdiqləyərək əllərində Pol Manafortun illər əvvəl o zamankı hökumətdən rüşvət aldığını sübut edən sənədlər olduğunu açıqlayıb.

  Trampın kampaniya qrupunda etdiyi dəyişikliyin də Manafortun istefasında rol oynadığı bildirilir. Bu həftə içində qrupun rəhbərliyində əhəmiyyətli dəyişikliklər edilmişdi.



Әlaqәli Xәbәrlәr