Hicablı çimərlik geyiminə qadağa

"Çimərliklərdə üzün, ya da bədənin tamamilə örtülməsi ictimai mühitimiz və ideallarımızla uyğunlaşmır"

555655
Hicablı çimərlik geyiminə qadağa

  Fransanın güneyindeki bir neçə şəhərdən sonra indi də Nice Bələdiyəsi qadınların hicablı çimərlik geyiminə qadağa qoyub.

  Nice Bələdiyyəsi bu barədə yazılı məlumat verib. Bələdiyyə sədrinin müavini Kristian Estrosi bu həftə sədr Manuel Vallsa yazdığı məktubda deyilir: "Çimərliklərdə üzün, ya da bədənin tamamilə örtülməsi ictimai mühitimiz və ideallarımızla uyğunlaşmır".

  Nice Bələdiyyə sədrinin müavini hicab çimərlik geyiminə qadağa gətirən digər bələdiyyələri - Alpes-Maritimes bölgəsindəki 10 şəhər bələdiyyəsini dəstəkləyib.

  Qeyd edək ki, keçən həftə sonu bölgənin Kann şəhərində 3 nəfərə hicab çimərliyi geydiyi üçün 38 avro cərimə kəsilmişdi.



Әlaqәli Xәbәrlәr