Avropa ölkǝlǝrindǝ 13 min  zǝvvar hǝccǝ gedir

Avropanın müxtəlif ölkələrindən 6 min 500-ü Diyanət İşləri Rǝhbǝrliyi və Diyanət İşləri Türk İslam Birliyinin ǝmǝkdaşlığı ilǝ olmaqla təxminən 13 min hacı namizədi, 24 Avqustdan etibarən Səudiyyə Ərəbistanına yola düşǝcǝk.

552587
Avropa ölkǝlǝrindǝ 13 min  zǝvvar hǝccǝ gedir

Avropadakı hacı namizədlərdən təxminən 7 min 500-nün Almaniyadan gedǝcǝyi vǝ bu mǝqsǝdlǝ Köln şəhərindəki DİTİB Mərkəzində həcc seminarlarınin təşkil edildiyi bildirilir.

DİTİB-nin rǝhbǝri Dr. Nevzat Yaşar Aşıkoğlu, hǝcc ibadǝtinin  bütün möminlǝrin həyatında böyük ǝhǝmiyyǝt kǝsb etdiyini  qeyd  edib.

Köln Başkonsulluğunun Din Xidmətləri Attaşesi Əhməd Dilǝk də həcc ibadətinin Allaha təslimiyyətin zirvəyǝ çatdığı, insanın hər cür dünyəvi nemǝtlǝrdǝn hətta canından belə imtina edərək çıxdığı müqəddəs bir səfər olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr