Sudanda güclü yağışlar yüzlərlə insanın həyatına son qoyub

Sudanda normadan artıq yağan yağışlar nəticəsində ölənlərin sayı 100-ə çatıb,  onlarla adam isə yaralanıb.

551866
Sudanda güclü yağışlar yüzlərlə insanın həyatına son qoyub

Sudanda normadan artıq yağan yağışlar nəticəsində ölənlərin sayı 100-ə çatıb,  onlarla adam isə yaralanıb.

Eritreya sərhədindəki ərazidə Gash çayının daşması nəticəsində minlərlə ev istifadəyə yarasız vəziyyətə düşüb.

 Selə görə minlərlə əkinçi ərazini tərk edib.

Sel Şərqi Sudan və paytaxt Xartum arasında əlaqəni təmin edən quru yolunu da  sıradan çıxarıb. Xartumda daşqın təhlükəsinə qarşı Nil çayının yatağında mülki müdafiə məntəqələrində möhkəmlətmə işləri aparılıb.

Nil çayının ana qollarından olan Mavi Nildə su səviyyəsinin yüksəlməsi nəticəsində 20-dən çox kənd su altında qalıb.

Xatırladaq ki, Sudanda 2013, 2014- cü illərdə Nil çayının daşması nəticəsində minlərlə adam evsiz qalmış, eləcə də bu hadisə çoxsaylı insan tələfatına yol açmışdı.

Avqust ayı Sudanda intensiv yağışların yağdığı dövr hesab edilir.



Әlaqәli Xәbәrlәr