Cenevrədə PKK-nın quldurbaşı Abdullah Öcalanı dəstəkləyən 5 nəfər saxlanılıb

BMT-nin Cenevrə Ofisinin yerləşdiyi şəhərciyə daxil olan PKK-nın quldurbaşı Abdullah Öcalanı dəstəkləyən 5 nəfər nəzarətə alınıb.

550331
Cenevrədə PKK-nın quldurbaşı Abdullah Öcalanı dəstəkləyən 5 nəfər saxlanılıb

BMT-nin Cenevrə Ofisinin yerləşdiyi şəhərciyə daxil olan PKK-nın quldurbaşı Abdullah Öcalanı dəstəkləyən 5 nəfər nəzarətə alınıb. BMT rəsmilərindən biri Maykl Zakçonun açıqlamasına görə terror təşkilatının təxminən 100-ə yaxın tərəfdaşı BMT-nin Cenevrə Ofisi qarşısında nümayiş keçirərək, “Abdullah Öcalana azadlıq” şüarları səsləndiriblər.

Nümayişdə iştirak edənlərdən 5-i BMT ofisinin təhlükəsizlik divarını aşaraq içəri daxil olub. Təhlükəsizlik qüvvələri həmin şəxsləri saxlayaraq nəzarətə alıb. Hadisədən sonra Cenevrə Ofisində təhlükəsizlik tədbirləri gücləndirilib.



Әlaqәli Xәbәrlәr