“Türkiyə önəmli bir müttəfiq və dost ölkədir”, E.Trudeau

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabeth Trudeau Türkiyənin önəmli bir müttəfiq və dost ölkə olduğunu söyləyib.

547890
“Türkiyə önəmli bir müttəfiq və dost ölkədir”, E.Trudeau

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabeth Trudeau Türkiyənin önəmli bir müttəfiq və dost ölkə olduğunu söyləyib.

Trudeau ənənəvi mətbuat konfransında Türkiyə haqqında suallara cavab verib.

Rəsmi nümayəndə 15 iyul çevrilişə cəhdin arxasında ABŞ-ın olduğuna dair iddialar barədə deyib ki, buna reaksiyamızı göstərdik, tamamilə mənasızdır. Yayılan hər şeyə cavab verməyəcəyəm. Doğru olub olmadığını söyləyə bilmərəm. Düzgün olan yeganə şey budur ki, demokratik yollarla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəkləyirik.

Trudeau, dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə 9 aya yaxın bir zamandan sonra ilk dəfə Sankt-Peterburqda qarşı-qarşıya görüş keçərəcəyi ilə bağlı olaraq isə bildirib ki, Türkiyə NATO müttəfiqi bir ölkədir, ABŞ-ın dostu və tərəfdaşıdır.

Digər tərəfdən Türk rəsmilərin ABŞ-ın Türkiyəni strateji bir müttəfiq kimi təsvir etməsinə baxmayaraq çevriliş cəhdindən sonra hələ də yüksək səviyyəli bir ziyarət reallaşdırmamasına “üzüldüklərinin” ifadə edilməsi qarşısında Trudeau Türkiyənin önəmli bir müttəfiq və dost ölkə olduğunu söyləyib.



Әlaqәli Xәbәrlәr