BBC әsgәr vә silahların şәkillәrini yayımlayıb

İngilis media qurumu BBC Suriyada cəbhə xәttindә vəzifəsini yerinə yetirən vә Britaniya xüsusi qüvvətlərinə aid olduğunu iddia etdiyi әsgәr vә silah sursatların şәkillәrini yayımlayıb.

548520
BBC әsgәr vә silahların şәkillәrini yayımlayıb

İngilis media qrumu BBC Suriyada cəbhə xәttindә vəzifəsini yerinə yetirən vә Britaniya xüsusi qüvvətlərinə aid olduğunu iddia etdiyi әsgәr vә silah sursatların şәkillәrini yayımlayıb.

BBC əsgərlərin terror təşkilatı DEAŞ-a qarşı həyata keçirilən əməliyyatların ardından üzә çıxdıqlarını irәli sürərək, tankvuran mərmi, durbinli tüfənglər, ağır silahlarla dolu hərbi vasitələr vә bu vasitәlәrdәki  әsgәrlәrin fotoşәkillәrini " Britaniyanın Suriyada sirli və ölümcül gücünə ilk baxış" başlığıyla yayımlayıb.

Media qurumu fotoşəkillərdə görülən xüsusi qüvvələrin DEAŞ-ın bir hücumunun ardından Suriya-İraq sərhədi yaxınlığında müxaliflər tərəfindən istifadə edilәn baza ətrafında patrul keşiyi çәkәn xidmәt olduğunu iddia edib.

BBC fotoşəkillərin iyun ayında çəkildiyini qeyd edәrәk xüsusi qüvvə əsgərlərinin bölgədə müdafiə rolunu üzәrlәrinә götürdüklәrini tәxmin etdiklәrini bildirib.

İngiltərə Müdafiə Nazirliyi fotoşəkillərə bağlı hər hansı açıqlama vermәyib.

İngiltərə Parlamentindəki qızğın müzakirələrdәn sonra 2 dekabr 2015-ci ildə təsdiqlənən qanun layihәsi ilə İngiltərə DEAŞ-a qarşılıq olaraq İraqa yeritdiyi hava hücumlarını Suriyanı da әhatә edәcәk formada genişlәndirmişdi.



Әlaqәli Xәbәrlәr