Barak Obamanın Rusiya ilә bağlı açıqlamaları

Amerika Birləşmiş Ştatlarının prezidenti  Barak Obama Suriyada zorakılığın sona  çatdırılması  məsələsində Rusiya ilə əməkdaşlıqdan ehtiyat etdiklәrini  deyib.

545764
Barak Obamanın Rusiya ilә bağlı açıqlamaları

Amerika Birləşmiş Ştatlarının prezidenti  Barak Obama Suriyada zorakılığın sona  çatdırılması  məsələsində Rusiya ilə əməkdaşlıqdan ehtiyat etdiklәrini  deyib.

Barak  Obama  Milli Təhlükəsizlik Şurasının  üzvləri ile  terror  tәşkilatı  DEAŞ ilə  mübarizəni  müzakirә  etmәk üçün  Pentaqonda bir araya gəlib.

 İclasda  ABŞ Müdafiə Naziri Eşton Karter, Baş Qərargah Rəisi General Cozef Dunford, Daxili Təhlükəsizlik naziri Jeh Conson və Milli Təhlükəsizlik Şurasının müşaviri Susan Race  vә çox sayda sәlahiyyәtli  iştirak edib.

İclasdan sonra Barak Obama: ‘‘ABŞ Suriyada zorakılığı azaltmaq  vә DEAŞ ilә  Әl Qaidәyә qarşı sәylәri güclәndirmәk üçün Rusiya ilә әmәkdaşlıq  etmәyә hazırdır. Ancaq  Rusiyanın  bu istiqamәtdә adtığı addımlar uğursuzdur. Rusiya  bu mәsәlәlәrdә  ciddi  olduğunu sübut  etmәlidir’’ deyә bildirib.

Liviyada  hökumәtin  istәyi әsasında  ilk dәfә DEAŞ-ın mövqelәrinә hava hücumu tәşkil etdiklәrini xatırladan Barak Obama tәşkilata qarşı  mübarizә aparan qüvvәlәrә  dәstәk vermәyә davam edәcәklәrini bildirib.

ABŞ prezidenti Barak Obama DEAŞ-a qarşı hәr sahәdә  mübarizәni davam etdirәcәklәrini  dә qeyd edib.



Әlaqәli Xәbәrlәr