Dünyadakı qaçqınların 40 % ərәb ölkәlәrindәndir

Bunu Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) Yaxın Şərq və Şimali Afrika Büro direktoru vә Regional Mühacir koordinatoru   Emin Avad  deyib.

544129
Dünyadakı qaçqınların 40 % ərәb ölkәlәrindәndir

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMMYK) Yaxın Şərq və Şimali Afrika Büro direktoru vә Regional Mühacir koordinatoru   Emin Avad  dünyada hər gün  qaçqın vəziyyətinə düşənlərin 40 %-in  ərəb ölkələrindən olduğunu deyib.

 Ərəb Birliyinin miqrasiya mövzusu ilә әlaqәdar keçirdiyi  toplantıda çıxış edәn  Emin Avad: ‘‘Dünyada  hәr gün 51 min insan qaçqın vәziyyәtinә düşür. Bunların 40%  Suriya vә İraq olmaqla ərәb ölkәlәrindәndir’’ deyә bildirib.  

Emin Avad qaçqın sayının artığı ilә әlaqәdar xәbәrdarlıq edәrәk  dünyada baş verәn qarşıdurmalar  sәbәbindәn  65 milyon insanın qaçqın vәziyyәtinә düşdüyünü bildirib.

 Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının hesabatlarına görә, dünyada hәr 113 nәfәrdәn biri  başqa ölkәyә sığınmaq üçün müraciәt edir ya da evsiz qalır.



Әlaqәli Xәbәrlәr