Türkiyə xalqı misirlilərə ilham mənbəyi olacaq

Milli İttifaqın rəsmi "Facebook" səhifəsində yer alan açıqlamada bildirilir: “Türkiyə xalqının hərbi çevirilişə cəhdə qarşı  mübarizəsi qürurvericidir. Türkiyə xalqının bu mübarizəsini alqışlayır və və dəstəkləyirik.”

535020
Türkiyə xalqı misirlilərə ilham mənbəyi olacaq

Misirdə Çevirilişə Rəd və Qanuna Dəstək üzrə Milli İttifaqın rəsmi "Facebook" səhifəsində yer alan açıqlamada bildirilir: “Türkiyə xalqının hərbi çevirilişə cəhdə qarşı  mübarizəsi qürurvericidir. Türkiyə xalqının bu mübarizəsini alqışlayır və və dəstəkləyirik.”

Vurğulanır ki, Türkiyədə hərbi çevirilişə cəhdi vətəndaşlar əzm və qətiyyətlə yatırıb. Bu şərəfli müqavimət isə inqilabla mübarizə mövzusunda misirlilərə ilham verəcək. Açıqlamada həmçinin Türkiyə xalqının göstərdiyi müqavimət, millətin qarşısında heç bir tank və ya silahın dayana bilməyəcəyi, əsgərin yerinin hərbi hissə olduğu, idarəçiliyə müdaxilə edə bilməyəcəyi və siyasətə qarışmaması zərurəti qeyd olunur.

Xatırladaq ki, Tunisdə Məhəmməd Buazizi adlı bir səyyar satıcının özünü yandırmasıyla başlayan və qısa müddətdə geniş yayılan “Ərəb Baharı” adlandırılan proses 2011-ci il yanvarın 25-də Misirə də çatmışdı. 18 gün davam edən etirazlardan sonra Hüsnü Mübarəkin 30 illik hakimiyyəti sona çatdı. Misir rəhbəri 2011-ci il fevralın 11-də vəzifəsindən istefa verdiyini və idarəçiliyi orduya təslim etmək məcburiyyətində qaldığını açıqlamışdı. Lakin inqilabdan sonra keçirilən ilk müstəqil seçkiylə hakimiyyətə gələn Məhəmməd Mursi bir il sonra 2013-cü il iyulun 3-də hərbi çevirilişlə vəzifəsindən uzaqlaşdırılmışdı.



Әlaqәli Xәbәrlәr