ABŞ-dan Türkiyǝyǝ güclü dǝstǝk

ABŞ, Türkiyədəki seçilmiş demokratik rəhbərliyə dəstəyinin tam olduğunu bildirib.

534014
ABŞ-dan Türkiyǝyǝ güclü dǝstǝk

 ABŞ Müdafiə naziri Ashton Carter ilǝ Milli Müdafiə naziri Fikri Işık arasında ötǝn gün telefon danışığı olub.

Danışıq zamanı Türkiyədəki seçilmiş demokratik rəhbərliyə dəstəyin davam etdiyini ifadǝ edǝn Carter, hǝmkarının, DEAŞ-a qarşı mübarizǝdǝ Türkiyǝnin dǝstǝyinin davam edǝcǝyini daha bir dǝfǝ vurğuladığını bildirib. İncirlik bazasıyla ǝlaqǝli proseslərin normallaşacağını qeyd edib.

Bu sözlǝri paytaxt  Vaşinqtonun yaxınlığında yerlǝşǝn Maryland əyalətindəki Andrews Hərbi bazasında DEAŞ əleyhdarı koalisiya üzvü 30 ölkənin müdafiə nazirlərinin iştirakı ilǝ baş tutan yığıncaqda sǝslǝndirǝn Carter, Türkiyənin həm ABŞ-ın, həm də NATO-nun güclü müttəfiqi olduğunu qeyd edib vǝ iki ölkǝ arasındakı siyasi və hərbi əlaqələrin struktur ölçüsünə diqqət çəkib.

Digǝr tǝrǝfdǝn İngiltərə Müdafiə naziri Michael Fallon da DEAŞ-a qarşı mübarizǝdǝ Türkiyənin dəstəyinin əhəmiyyətinǝ toxunub vǝ Türkiyənin DEAŞ-a qarşı mübarizə etmǝdiyinǝ və ya xarici döyüşçülərin Suriya sərhədindən girişlərinə mane olmadığına dair heç bir dəlilin olmadığını qeyd  edib.

ABŞ-nın Mərkəzi Qüvvələr Komandiri General Cozef Votel də, Türkiyənin strateji baxımdan imtina edilməz bir ölkə, DEAŞ-a qarşı mübarizǝdǝ isǝ ǝn önǝmli müttǝfiqlǝrdǝn biri olduğunu vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr