Xorvatiya erkən Parlament seçkilərinə gedir

Xorvatiyada 2015-ci il 8 noyabr seçkilərindən sonra işə başlayan Məclis hökumətdəki böhrana görə ləğv edilmişdi

531059
Xorvatiya erkən Parlament seçkilərinə gedir

  Xorvatiyada yaşanan hökumət böhranına görə erkən seçkilər 11 sentyabr bazar günü keçiriləcək.

  Prezident Kolinda Qrabar Kitarovic etdiyi yazılı şərhdə Xorvatiya Konstitusiyasına uyğun olaraq erkən seçkilərin 11 sentyabrda keçirilməsinin qərara alındığı bildirilib.

  Xorvatiyada 2015-ci il 8 noyabr seçkilərindən sonra işə başlayan Məclis hökumətdəki böhrana görə ləğv edilmişdi. 15 iyulda Məclisin ləğv qərarı qüvvəyə mindikdən sonra ölkədə erkən seçkiyə gedilməsi dəqiqləşdi.

  Xatırladaq ki, ölkədə yanvar ayında qurulan koalisiya hökumətinin partiya liderləri arasında yaranan anlaşılmazlıq böhrana səbəb olmuş və iyun ayında səsvermə Baş nazir Tihomir Oreskovicin əleyhinə nəticələnmişdi.



Әlaqәli Xәbәrlәr