Fransada terror aktında ölənlərin sayı 80 nǝfǝri ötüb

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfəri ötüb.

529904
Fransada terror aktında ölənlərin sayı 80 nǝfǝri ötüb
fransa saldırı2.jpg
fransa saldırı1.jpg

Fransanın Nitsa şəhərində baş vermiş terror aktında ölənlərin sayı 80 nəfəri ötüb.  

Onlarla insanın ölümünə səbəb olmuş bu hadisənin əvvəlcədən planlaşdırıldığı məlum olub. 

Nitsa şəhərinin keçmiş meri, bölgə rəhbəri Kristian Estrozi bildirib ki, yük avtomobilindən silah-sursat aşkar olunub.

BMF telekanalı kanalı 80-dən artıq nəfərin öldüyü hücumda 47-si ağır olmaqla 100-dən artıq nəfərin isə ağır yaralandığını bildirib. Paris terrorla mübarizə prokurorluğunun hücumla bağlı istintaq başlatdığı qeyd olunub. Ölümlərin önəmli hissəsinin şəhər mərkəzinə yük maşını ilə girən terrorçunun 2 kilometr boyunca vətəndaşların üstündən keçməsi nəticəsində olduğu bildirilib.

Terrorçunun şəxsiyyəti yük maşınında olan sənədlərdən aşkarlanıb. Nitsa şəhərində yaşayan 31 yaşındakı terrorçunun Tunis əsilli Fransa vətəndaşı olduğu və daha əvvəl xırda qanun pozuntularla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı bildirilib.

Fransa prezidenti Fransua Olland hadisədən sonra Avignondakı tətilini yarıda qoyaraq  paytaxt Parisə gəlib və baş nazir Manael Valls və kabinet üzvləri ilə yığıncaq keçirib.

Daha sonra xalqa müraciət edən Olland Fransanın bir daha qorxu ilə qarşı-qarşıya qaldığını bildirərək, bütün Fransanın terror təhdidi altında olduğunu söyləyib.

Hücumun Fransanın simvollarından sayılan bir gündə, azadlığın simvolu olan 14 iyulda həyata keçirildiyini vurğulayan Olland hücumu həyata keçirənin öldürüldüyünü qeyd edib. Fransa prezidenti bütün səlahiyyətli şəxslərin vəzifədə olduğunu, bölgədə bütün xəstəxanaların yaralı olanlara xidmət göstərdiyini, fövqəladə vəziyyət planının işə daxil olduğunu söyləyib.

Terrorla mübarizədə yeni bir dövrün başladığını vurğulayan Olland bildirib ki, lazım gələn hər şey yerinə yetirilərək təhlükəsizlik təmin ediləcəkdir.

Fransa Prezidənti Fransua Olland ölkədə xüsusi rejimin daha 3 ay uzaldıldığını da açıqlayıb.

Fransada həmçinin 10 min əsgər və polisin keşik çəkdiyi və önəmli mərkəzlərdə kəşfiyyat vəzifəsi olan “sentinelle” əməliyyatının davam edəcəyi bildirilib.

Fransa Daxişi İşlər naziri Bernard Kazeneuve Nitsa şəhərinə gələrək tədqiqatlar aparıb və hücum haqqında istintaq işlərinin başladığını, bütün imkanların işə daxil olduğunu açıqlayıb.

Paris Bələdiyyə sədri isə dövlət binalarında bayraqların yarıya endiriləcəyini bildirib.

İtaliya Daxili İşlər naziri Angelino Alfano da Fransa ilə olan üç sərhəd keçid məntəqəsində və sərhəd qəsəbəsi Ventimifliadakı dəmir yolunda təhlükəsizlik tədbirlərini artırdıqlarını açıqlayıb.

Nitsa şəhərində həyata keçirilən hücum 130 nəfərin həyatını itirdiyi Parisdəki hücumların 8 ay sonrasına təsadüf edib.

Fransada keçirilən Futbol üzrə Avropa Çempionatına görə gəniş dairəli təhlükəsizlik tədbirləri görülmüşdü. Nitsa şəhəri də Çempionatda matçların oynandığı şəhərlərdən biri idi.

Qeyd edək ki, Fransanın Türkiyədəki nümayəndəliklərində 14 iyul Milli Gün münasibəti ilə keçiriləcək tədbirlər təhlükəsizliyə dair duyulan narahatlığa görə ləğv edilmişdi. Ankara və İstanbuldakı nümayəndəliklər ikinci əmrədək bağladılmışdı.



Әlaqәli Xәbәrlәr