Barak Obama həyatını itirən polislərin hüzr mərasimində

ABŞ prezidenti Barak Obama iyulun 7-də Dallasda snayperdən açılan atəş nəticəsində həyatını itirən beş polis əməkdaşının hüzr mərasimdə iştirak edib

528110
Barak Obama həyatını itirən polislərin hüzr mərasimində

  Çıxışında bərabərlik çağırışı edən Amerika prezidenti vurğulayıb ki, "Elə bu bərabərliyi nümayiş etdirmək üçün mən buradayam".

  Çıxışında gözyaşlarını saxlaya bilməyən Obama hadisə zamanı polislərin atışmadan gizlənmədiklərini, əksinə, cəsarət göstərdiklərini deyib.

  Luiziyana və Minesota ştatlarında qaradərililərin öldürülməsi əleyhinə polislərə qarşı keçirilən etirazları xatırladan Barak Obama bunun təbii olduğunu, lakin polisə silahlı hücumun heç bir şəkildə müsbət tərəfinin olmadığını bildirib.

  ABŞ prezidenti son günlər ölkədə hökm sürən gərgin vəziyyətin aradan qaldırılmasında hər kəsi məsuliyyətli olmağa çağırıb.

  Məhkəmə və cəza sistemindəki problemləri da qəbul etdiyini deyən Obama əlavə edib ki, "Bu problemlərin həllində irqçilik ayrı-seçkinliyinə yol verilməyəcək".

  Hüzr mərasimindən sonra ABŞ-ın vitse-prezidenti Co Bayden həyatını itirən polislərin ailələri ilə görüşüb.



Әlaqәli Xәbәrlәr