ABŞ Әfqanıstandakı әsgәr sayını azaldmaqdan imtina edib

Bu barәdә ABŞ Müdafiə naziri Ash Karter  bildirib.

527733
ABŞ Әfqanıstandakı әsgәr sayını azaldmaqdan imtina edib

Əfqanıstandakı əsgər sayını azaltmaqdan imtina edən Amerika Birləşmiş Ştatları  bu ölkəyə dəstəyin davam edəcəyi bildirib.

 ABŞ Müdafiə naziri Ash Karter  İraqa etdiyi sәfәrdәn sonra  Əfqanıstana keçib.

Karter  ilk olaraq Kabil yaxınlığındakı Bagram hava bazasına baş çәkib.

 Karterin daha sonra Kabilә keçәrәk Әfqanıstan İcra Heyyәtinin sәdri Abdullah Abdullah ilә görüşmәsi gözlәnilir.

Qeyd edәk ki, Әfqanıstan tәhlükәsizlik qüvvәlәrinin xәrclәrini NATO-ya üzv ölkәlәr qarşılayır.

Lakin korrupsiya və işgəncə ittihamları  Əfqanıstan  təhlükəsizlik qüvvələrinin imicini zədələyir.



Әlaqәli Xәbәrlәr