Polisləri öldürən kəskin nişançının kimliyi açıqlandı

ABŞ ölən poislərə görə bayrağını endirib

525974
Polisləri öldürən kəskin nişançının kimliyi açıqlandı
abd bayraklar yarıya indi.jpg

  Amerika Birləşmiş Ştatları 11 Sentyabr hadisələrindən bu yana ən çox polis itkisi olan Dallas hücumunun ağrısını yaşayır.

  5 ağ polisi vuran kəskin nişançının Amerika ordusunda ehtiyatda olan hərbçi, vaxtilə Əfqanıstanda əsgər olmuş, dallaslı 25 yaşlı Mikah Concon (Micah Johnson) olduğu açıqlanıb.

  Dallas Bələdiyyə sədri Mayk Rolinqs (Mike Rawlings) bildirib ki, “Nişançı təslim olmayınca və heç bir təklifi qəbul etməyincə bomba yüklü robotla öldürülüb”.

  Dallas Polis Bölməsinin rəisi Devid Broun (David Brown) polisin qaradərililərə qarşı şiddətinə görə duyduğu narahatlığı, indi qaraların ağlara hücuma başlamasından təəssüfünü dilə gətirib.

  Nişançının evində aparılan axtarış zamanı çox sayda silah və sursat tapılıb.

  Ağ Evin sözçüsü Coş Ernest (Josh Earnest) və ABŞ Daxili Təhlükəsizlik naziri Cey Concon (Jeh Johnson) ayrı-ayrılıqda bildiriblər ki, “Təcavüzkarın ölkə daxili və ya xaricindən hər hansı bir təşkilatla əlaqəsi yoxdur. Bu, fərdi bir hücumdur. İstintaq davam edir”.

  ABŞ prezidenti Barak Obamanın təlimatıyla ölən polis məmurlarına hörmət olaraq ölkədəki bayraqlar yarıya endirilib.

  NATO Zirvə Toplantısı üçün Polşada olan Obama ondan sonra gedəcyi İspaniya səfərinin müddətini azaldaraq gələn həftənin əvvəli Dallasa başsağlığına yollanacaq.

  ABŞ prezidentliyinə namizədlər də polislərə hücuma reaksiya bildiriblər. Demokrat Partiyanın sədri Hillari Klinton vəzifələrini yerinə yetirərkən vurulan polislər və onların ailələrinə başsağlığı verib, təəssüf duyduğunu dilə gətirib.

  Respublikaçılar Partiyasının sədri Donald Trump isə Dallas hücumunu “bütün ölkəyə qarşı bir hərəkət” adlandırıb və “qanunları yenidən işləməliyik" deyib.



Әlaqәli Xәbәrlәr