ABŞ-da polisə qarşı nümayişlər hücumlara çevrildi

Amerika Birləşmiş Ştatlarının Dallas şəhərində 5 polis öldürüldükdən sonra Georgia, Saint Louis və Tennessidə də polisə qarşı hücumlar olub, 1 nəfər ölüb, 5-i yaralanıb

525868
ABŞ-da polisə qarşı nümayişlər hücumlara çevrildi
abd protesto.jpg

  Atlanta şəhərində isə yenə bir qaradəriliyə qarşı hərəkət olub. Piedmont Parkında orta yaşlarda zənci bir kişinin ağacdan asılmış şəkli yayılıb. Polis bunu intihar adlandırıb, sakinlər isə bu işdə ABŞ-dakı ağların irqçi təşkilatı Klu Klux Klan (KKK) üzvlərini təqsirli bilir. Atlanta valisi Kasim Rid də etdiyi şərhdə Federal İstintaq Bürosunun (FBI) hadisəni təqib etdiyini və ictimai media üzərindən müzakirələrin doğrunu əks etdirmədiyini bildirib.

  Paytaxt Vaşinqtonda yüzlərlə adam Alton Sterlinq və Filando Kestil adlı qaradrililərin polis tərəfindən öldürülməsinə etirazını Ağ Evin qarşısında da bildirib. Axşam başlanan nümayiş gecə yarısına qədər davam edib. Nümayişçilər "Qaradərilinin həyatı qiymətlidir", “Adımı sosial şəbəkədə görmək istəmirəm", "Ədalət yoxsa, sülh də yox" şüarlı yazılı plakatlar daşıyıb, çıxışlar ediblər.

  ABŞ-ın paytaxtında olduğu kimi digər şəhərlərində də qaradərililər qarşı polisə etirazlar davam edir.



Әlaqәli Xәbәrlәr