ABŞ-da qarşıdurma: 5 polis ölüb, yaralılar var

Aksiyada snayperdən istifadə edən iki naməlum şəxs 3 polisi öldürüb, 3-ü ağır olmaqla 7 polis isə yaralanıb

525390
ABŞ-da qarşıdurma: 5 polis ölüb, yaralılar var

  ABŞ-ın Dallas ştatında ölkə polisinin qaradərililərə qarşı növbəti zorakırılığı əhalinin etiraz və iğtişaşlarına səbəb olub. Aksiyada snayperdən istifadə edən iki naməlum şəxs 5 polisi öldürüb, 3-ü ağır olmaqla 7 polis isə yaralanıb.

  Hadisə yerinə xeyli sayda polis göndərilib.

  Xatırladaq ki, Minesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşı sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürmüşdü. Ölkə mediasının yazdığına görə, insident zamanı avtomobildə sürücünün uşağı və həyat yoldaşı olmuşdu. Hadisənin əks olunduğu video sosial şəbəkələrdə yayılmış və əhali arasında kəskin etirazla qarşılanmışdı. Polis isə hadisə yerində silah tapıldığını bildirmişdi. Daha bir analoji hadisə isə yaxınlarda Luiziana ştatında baş verdi. Burada asayiş keşikçiləri qaradərili Alton Sterlinqə atəş açaraq öldürdülər. İnsident Baton Ruj şəhərində iyulun 5-nə keçən gecə baş verdi. Bu hadisənin də əks olunduğu video sosial şəbəkələrdə yayıldı və geniş etirazlara səbəb oldu.



Әlaqәli Xәbәrlәr