İsrail Təhlükəsizlik kabineti sazişi təsdiqlədi

İsrail Təhlükəsizlik kabineti baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə toplantı keçirib.

520879
İsrail Təhlükəsizlik kabineti sazişi təsdiqlədi

İsrail Təhlükəsizlik kabineti baş nazir Binyamin Netanyahunun rəhbərliyi ilə toplantı keçirib. Türkiyə ilə əlaqələrin normallaşdırılmasına dair tərəflərin imzaladığı anlaşma sazişi 3-ü əleyhinə, 7-si leyhinə olmaqla təsdiqlənib.

Müdafiə naziri Aviqdor Lieberman, ədliyyə naziri Ayeled Şaked və təhsil naziri Naftali Bennet isə sazişin əleyhinə çıxış ediblər.

Saziş Türkiyə Böyük Millət Məclisində təsdiq edildikdən sonra qüvvədə olacaq. Anlaşma sazişi 14 gün ərzində İsrail parlamentində səsverməyə qoyulacaq və bundan sonra hər iki ölkəyə səfir təyin edilməsi gözlənilir.



Әlaqәli Xәbәrlәr