Devid Kameron Brüsselә sәfәr edәcәk

İngiltərənin  Baş naziri Devid Kameron  İngiltərədə keçirilən referendumdan sonra ilk dəfə Belçikanın paytaxtı Brüsselə sәfәr edәrәk Aİ-nin liderlәri ilә  görüşəcək.

519610
Devid Kameron Brüsselә sәfәr edәcәk

Kameron ilk olaraq  Aİ  Komissiyasının prezidenti Yan Klod Juncker və Avropa Şurasının sədri Donald Tusk ilə görüşəcək.

Daha sonra isә  Avropa Şurası toplantısı üçün Brüsseldə olan  Avropa İttifaqına üzv olan  27 ölkənin nümayəndəsi ilә  şam yeməyində bir araya gələcək.

Avropa Parlamenti də İngiltərənin  Avropa İttifaqının  tәrkibindәn çıxma qərarını müzakirә edәcәk.



Әlaqәli Xәbәrlәr