Sanders Klintona səs verəcəyini açıqlayıb

ABŞ Vermont Senatoru Bernie Sanders prezident seçkilərində rəqibi Hillari Klintona səs verəcəyini açıqlayıb.

518043
Sanders Klintona səs verəcəyini açıqlayıb

Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçiriləcək prezident seçkilərində Demokratlar partiyasının namizədliyi üçün yarışan Vermont Senatoru Bernie Sanders seçki kampaniyasını dayandırdığını açıqlamasa da, rəqibi Hillari Klintona səs verəcəyini deyib.

Sanders televiziyaların birində iştirak etdiyi proqramda partiyanın namizədi olmaq üçün kifayət qədər nümayəndə sayına malik olmadığını bildiyini, ancaq partiya qurultayına qədər kampaniyasını davam etdirəcəyini vurğulayıb.

Sanders Respublikaçıların namizədi Donald Trampın prezident seçkilərində məğlub olması üçün əlindən gələn hər şeyi edəcəyəni də bildirib.



Әlaqәli Xәbәrlәr