İngiltərərədə keçirilən referendumun nəticəsi Aİ-də təlatüm yaratdı

İngiltərədə Avropa İttifaqında qalıb-qalmamaq ilə bağlı keçirilən "Brexit" adlanan referendumun nəticəsinin əks-sədaları davam edir.

517584
İngiltərərədə keçirilən referendumun nəticəsi Aİ-də təlatüm yaratdı

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk, Aİ Komissiyasının sədri Jean-Claude Juncker, Avropa Parlamentinin sədri Martin Şchulz və Avropa İttifaqının Dönəm Sədri Hollandiyanın baş naziri Mark Rutte İngiltərədə keçirilən referendumun nəticəsini müzakirə etmək üçün fövqəladə iclas keçirdilər.
 
İclasdan sonra Juncker keçirdiyi mətbuat konfransında qəbul edilən birgə bəyanatı oxudu.
 
 Juncker referendumun nəticəsi ilə əlaqədar qeyri-müəyyən vəziyyətin  uzun müddət davam etməməsi üçün Aİ-nin lider ölkələri Almaniya və Fransadan dəqiq bir mövqe gözlədiyini bildirdi.
 
 Fransa Prezidenti Fransua Hollande da keçirdiyi mətbuat konfransında, "Brexit səsverməsi Avropa üçün olduqca mənfi bir sınaq oldu" dedi.
 
 Hollande nəticəni təəssüflə qarşıladığını bildirdi.
 
 Fransa prezidenti Hollande Fransanın bu prosesdə də yaxın müttəfiqi Birləşmiş Krallıqla birlikdə işləməyə davam edəcəyini qeyd etdi.



Әlaqәli Xәbәrlәr