Böyük Britaniya Krallığı Avropa İttifaqından çıxmağa "hə" dedi

Ötən gün keçirilən referendumun nəticələrinə əsasən, Böyük Britaniya Krallığı Avropa İttifaqından çıxıb.

517120
Böyük Britaniya Krallığı Avropa İttifaqından çıxmağa "hə" dedi

Ötən gün keçirilən referendumun nəticələrinə əsasən, Böyük Britaniya Krallığı Avropa İttifaqından çıxıb.
Ümumxalq səsverməsində iştirak edən təxminən 33 milyon seçici ümumilikdə 382 seçki dairəsi üzrə seçimini edib. 
 Seçicilərin 17 milyonu- yəni 52 faizi Avropa İttifaqından çıxmağa səs verib.
Seçicilərin 48 faizi- 15 milyon 812 min nəfər isə İttifaqda qalmağa "hə" deyib.
 İki tərəf arasında 1 milyondan çox səs fərqi yaranarkən, qalan 5 seçki məntəqəsində hesablanmayan səslərin referendumun nəticəsini dəyişməyəcəyi dəqiqləşıb.

Tarixi referendumda İngiltərə və Uelsdə İttifaqda qalmaq istəyən seçicilər üstünlük təşkil edib, Şotlandiya və Şimali İrlandiyada isə İttifaqa "yox" deyənlər öndə olub.

Artıq referendumun nəticələrindən sonra ingilis funt sterlinqi dəyər itirməkdə davam edir və 1985-ci ildən bu yana dollar qarşısında ən aşağı səviyyəsinə enib.
Səslər hesablanıb başa çatdıqdan sonra rəsmi nəticə Mançester şəhərindəki bələdiyyə binasında açıqlanacaq.



Әlaqәli Xәbәrlәr