ABŞ-da meşə yanğınları ilə mübarizə davam edir

Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında son illərin ən ciddi quraqlığının təsirləri özünü göstərir.

516667
ABŞ-da meşə yanğınları ilə mübarizə davam edir

 Bir tərəfdən də havaların birdən isinməsi ilə ştatın müxtəlif bölgələrində ard- arda çıxan yanğınlar yaşayış məntəqələri üçün təhlükə yaradır.
 
 Həftənin əvvəlindən etibarən Duarte və Azusa şəhərləri yaxınlığındakı San Qabriel Dağlarında başlayan və yaşayış sahələrinə doğru sürətlə yayılaraq davam edən yanğınlar təxminən 2 min hektar ərazini əhatə etdi.
 
 Mindən çox yanğınsöndürənin tankerlər ve helikopterlərlə söndürməyə çalışdığı Loa Angeles Milli Meşə Zolağındakı yanğında 858 ev təxliyyə edildi.
 
 San Diegonun cənub-şərqində Meksika sərhədinə yaxın Potrero bölgəsindəki yanğında da yüzlərlə insan bölgədən təxliyyə edildi.
 
2 min 500 hektar sahədə üç gündür davam edən  yanğında bu ana qədər 13 ev yararsız hala gəlib. Alovların təhdid etdiyi minə yaxın bina üçün də boşaltma əmri verilib.
 
 Rəsmilər San Diegoda davam edən yanğının yalnız 15%-nin nəzarət altına alındığını bildirirlər.



Әlaqәli Xәbәrlәr