Hillari Klinton rəqibini sərt tənqid etdi

Demokratların prezidentliyə namizədi Klinton: “Tramp seçkidə qələbə çalarsa, ölkə iqtisadiyyatını iflasa aparacaq”, - deyib

515897
Hillari Klinton rəqibini sərt tənqid etdi

  Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri öncəsi Hillari Klinton Respublikaçı rəqibi Donald Trampın iqtisadi siyasətini ciddi tənqid edib.

  Demokratların prezidentliyə namizədi Klinton: “Tramp seçkidə qələbə çalarsa, ölkə iqtisadiyyatını iflasa aparacaq”, - deyib.

  O, Trampın zənginlərin və şirkətlərin mənafeyinə xidmət edən vergi güzəşti öhdəliklərinə də qarşı çıxıb: “Tramp 120 milyon çalışan amerikalı ailə əvəzinə, ən zəngin 120 min amerikalı ailəyə vergi endirimi təklif edir. Bu, gəlir bölgüsündə ədalətsizlikdir”.

  Donald Tramp isə qarşılığında: “İşin öhdəsindən necə gəlməyi bilirəm. Obama ölkənin borclarını artırarkən, Hillari sadəcə bunu izləyirdi", - deyə rəqibinə cavab verib.



Әlaqәli Xәbәrlәr