Fransada sabah keçirilǝcǝk mitinqǝ icazǝ verildi

Fransada ǝmǝk qanuna edilǝcǝk dǝyişikliyǝ etiraz etmək üçün sabah keçiriləcək mitinq yürüşü ilə bağlı qadağa qərarı ləğv edilib.

516139
Fransada sabah keçirilǝcǝk mitinqǝ icazǝ verildi

Fransada Daxili İşlər Nazirliyi və həmkarlar ittifaqları nümayəndələri arasında keçirilǝn görüşlǝrdǝn sonra ǝmǝk qanuna edilǝcǝk dǝyişikliyǝ etiraz etmək üçün sabah keçiriləcək mitinq yürüşü ilə bağlı qadağa qərarı ləğv edilib.

Fəhlə Həmkarlar İttifaqları Konfederasiyasının (CGT) Baş katibi Filip Martinez keçirdiyi mətbuat konfransında Nazirliyin müəyyən etdiyi marşrutda sabah etiraz yürüşünün keçirilməsi barədə razılıq ǝldǝ olunduğunu bildirib.

Razılaşmaya ǝsasǝn yürüş yolunun mǝsafǝsi məhdudlaşdırılıb. Bastiliya Meydanından çıxacaq nümayişçilər Arsenal limanı ətrafından  fırlanıb sonra yenə başlanğıc nöqtəsinə qayıdacaq.

 Paris Polis İdarəsinin fəhlə həmkarlar ittifaqlarının etiraz yürüşünü təhlükəsizlik səbəbilə qadağan etmə qərarı qeyri-hökumət təşkilatları ilə sol və sağ yönümlü siyasətçilərin sərt reaksiyasına sǝbǝb olmuşdu.

 Fransız mətbuatına görə, ölkədə 1962 ildən bǝridir heç bir həmkarlar ittifaqının etiraz yürüşü qadağan olunmayıb.  



Әlaqәli Xәbәrlәr