Almaniyada minlərcə insan irqçiliyə qarşı etiraz edib

Almaniyanın müxtəlif şəhərlərində minlərcə insan irqçiliyə qarşı etiraz edib.

514118
Almaniyada minlərcə insan irqçiliyə qarşı etiraz edib

Almaniya Həmkarlar İttifaqı, Protestant Kilsəsi, Müsəlmanların Mərkəzi Şurası və Beynəlxalq Amnistiya Təşkilatı ilə sosial sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatının yaratdığı bir Təşəbbüs qrupu tərəfindən Berlin, Münhen, Hamburq və Leypziq başda olmaqla, bir çox şəhərdə "İrqçiliyə qarşı əl-ələ" devizi altında aksiya keçirilib.

Paytaxt Berlində etirazçılar Kreuzberg rayonundakı bir qaçqın yataqxanasından Berlin bələdiyyə binasına qədər əl-ələ tutaraq böyük insan zənciri yaradıblar.

Nümayişçilər "İnsan haqları və müxtəliflik üçün", "Hər bir insan bərabərdir" və "Tolerantlıq" şüarları səsləndiriblər.

Təşəbbüs qrupu paytaxt Berlindəki etiraz aksiyasına təxminən 9 min nəfərin qatıldığını açıqlayıb.

Ölkənin digər şəhərlərində də oxşar aksiyalar keçirilb.

 



Әlaqәli Xәbәrlәr