Çində uşaq elanları və satışı

Vençjou (Wenzhou) məhkəməsindən verilən məlumata görə, şübhəlilər körpələri 10 min yuan (1520 dollar) ilə 100 min yuan (15 min 200 dollar) arasında qiymətlərə satırmış

512855
Çində uşaq elanları və satışı

  Çinin şərqindəki Çjetsan (Zhejiang) əyalətində qaçırdıqları 26 körpə uşağı satdığı üçün 26 adam məhkəməyə verilib.

  Vençjou (Wenzhou) məhkəməsindən verilən məlumata görə, şübhəlilər körpələri 10 min yuan (1520 dollar) ilə 100 min yuan (15 min 200 dollar) arasında qiymətlərə satırmış.  

  Polis basqınlarına baxmayaraq körpə və uşaq ticarəti Çində çox böyük problem olmaqdadır. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin açıqlamasına görə, Çində hər il 20 minə qədər uşaq qaçırılaraq satılır.

  BBC-nin müxbiri Martin Patiens mövzuyla əlaqədar etdiyi araşdırmada 8 aylıq bir qız körpənin 30 min dollara satıldığı elana rast gəldiyini qeyd edib. Elan sahibinin verdiyi məlumatları çinli səlahiyyətlilərə çatdıran Patiens həm də Çindəki uşaq ticarətinin ölkədəki uşaqsız cütlərini bəslədiyini bildirib.

  Qeyd edək ki, keçən il polisin təşkil etdiyi təkcə bir basqında 1000-i keçən uşaq taciri həbs olunmuş və 400-ə yaxın körpə azad edilmişdi.

  Mütəxəssislərin fikrinə görə, hökumətin uşaq satanlara verdiyi cəzalar yüngül olduğu üçün ölkədə uşaq ticarəti azalmır, əksinə, artır.  



Әlaqәli Xәbәrlәr