Avro-2016-da Rusiya ilǝ alǝqǝli böhran dǝrinlǝşir

Futbol üzrǝ Avropa çempionatı üçün Fransada olan rus azarkeşlǝrin saxlanılması qarşısında Fransanın Rusiyadakı sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.

511946
Avro-2016-da Rusiya ilǝ alǝqǝli böhran dǝrinlǝşir
abd, fransa endişe.jpg

Futbol üzrǝ Avropa çempionatı üçün Fransada olan rus azarkeşlǝrin saxlanılması qarşısında Fransanın Rusiyadakı sǝfiri Xarici İşlǝr Nazirliyinǝ çağırılıb.

Xarici İşlər Nazirliyinin məlumatında bildirilir ki, Avro-2016-da Rusiya yığması ətrafında mənfi əhval-ruhiyyənin gərginləşməsi Rusiya-Fransa münasibətlərinə pis təsir edə bilər. Sǝfir Jan-Moris Riperǝ ölkǝlǝrindǝ rus azarkeşlǝrinin saxlanılması vǝ mövzu haqqında rus diplomatik nümayǝndǝliklǝrinǝ mǝlumat verilmǝmǝsi qǝbul edilmǝzdir. Saxlanılan vǝtǝndaşlar haqqında qanuni proses tǝcili başa çatdırılsın.

Qeyd edək ki, iyunun 14-də Kann yaxınlığında fransız xüsusi təyinatlı dəstəsi Slovakiya ilə oyunu izləmək üçün Marseldən Lillə gedən rusiyalı azarkeşlərin olduğu avtobusu saxlayıb. Fransa tərəfinin yaydığı məlumata görə, avtobusda 43 nəfər olub.  

Xarici işlǝr naziri  Sergey Lavrov da mövzuya dair hǝmkarı Jan-Mark Ayraultaya mesaj göndǝrǝrǝk belǝ hadisǝlǝrin tǝkrarlanmamasını istǝmişdi.



Әlaqәli Xәbәrlәr