Fransada aksiyalar hәyatı iflic edib

Fransada  әmәk mәcәllәsi  qanun layihəsinə qarşı reaksiyalar həyatı iflic edib.

511441
Fransada aksiyalar hәyatı iflic edib

Fransada  әmәk mәcәllәsi  qanun layihəsinə qarşı reaksiyalar həyatı iflic edib.

 Ölkә daxilindә  bir milyon aksiyaçı yeni әmәk mәcәllәsi  qanun layihəsinə öz etirazlarını bildiriblәr.

 Parisdә hәmkarlar ittifaqlarının dünәn keçirdiyi aksiyada iştirak edәn etirazçıların bir qismi  isә polis ilә toqquşub.

 Hadisәlәr nәticәsindә 24-ü polis olmaqla 41 nәfәr yaralanıb, 58 nәfәr dә saxlanılıb.

Qeyd edәk ki, polisin aksiyaçılara sәrt müdaxilәsi diqqәtlәri cәlb edir.

Aksiyaçılar isә polisә daş, dәyәnәk, molotof kokteyli  ilә cavab verir.

Aksiya zamanı әtrafda yerlәşәn avtomobillәrә vә binalara ciddi ziyan dәyib.

Baş nazir Manuel Valls baş verәn  hadisәlәrә baxmayaraq  layihәdәn imtina etmәyәcәklәrini deyib.

 Valls Hәmkarlar İttifaqları Konfederasiyasına Parisdә aksiya keçirmәmәlәri ilә әlaqәdar çağırış edib.



Әlaqәli Xәbәrlәr