İordaniyada hücum zamanı 5 nəfər ölüb

İordaniyada qaçqın şəhərciyindəki kəşfiyyat xidmətinin ofisinə hücum nəticəsində 5 nəfər ölüb.

505043
İordaniyada hücum zamanı 5 nəfər ölüb

İordaniyada qaçqın şəhərciyindəki kəşfiyyat xidmətinin ofisinə hücum nəticəsində 5 nəfər ölüb.

 Ölənlərdən 3-nün zabit olduğu açıqlanıb.

 İordaniya rəsmi xəbər agentliyi PETRA-nın  Media üzrə dövlət naziri və hökumət sözçüsü Məhəmməd el-Mumeniyə istinad etdiyi xəbərdə digər ölənlərdən birinin mühafizəçi və birinin isə ofis əməkdaşı olduğu bildirilir.

Mumeni terror hücumunun Ramazan ayının ilk günündə təşkil edilməsini insanlığa sığmayan, dini dəyərlərdən uzaq bir addım olduğunu deyib.

Artıq təhlükəsizlik qüvvələri hücumla əlaqədar istintaqa başlayıb.



Әlaqәli Xәbәrlәr