Paris konfransından iki dövlət də narazı qaldı

Fələstinli qruplar belə bir şərh paylaşıb: "Fransanın təşəbbüsü Fələstinin milli maraqları, hüquqları və dəyişməz dəyərlərilə ziddiyyət təşkil edir"

503746
Paris konfransından iki dövlət də narazı qaldı

  Fransanın paytaxtı Parisdə Orta Şərq Sülh Konfransı keçirilib.

  Fələstin və İsrail arasında danışıqlar prosesini təkrar canlandırmağı məqsəd qoyan konfransda Türkiyəni Baş nazir müavini Mehmet Şimşek təmsil edib. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki Mun və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Keri, o cümlədən, bir çox ölkə və təşkilatdan 28 nümayəndə iştirak edib.  

  Sonda Fransa Xarici İşlər nazirliyi tərəfindən şərh verilib ki, “İştirakçı ölkələr İsrail və Fələstində sülh və təhlükəsizliyin təmin edilməsilə bağlı iki dövlətli həllin tək yol olduğu ilə bağlı həmfikirdir”. Amma İsrail və Fələstinin qatılmadığı konfransdan adı çəkilən hər iki ölkə narazı qalıb.  

  Fələstinli qruplar belə bir şərh paylaşıb: "Fransanın təşəbbüsü Fələstinin milli maraqları, hüquqları və dəyişməz dəyərlərilə ziddiyyət təşkil edir. İsrail müsəlmanların müqəddəs dəyərlərinə qarşı hərəkətlərini dayandırmalıdır. Qəzzaya tətbiq edilən mühasirəni sona çatdırmaq üçün dünya ölkələri təsir etməlidir.”

  İsrail hökuməti də: "Bu cəhd həll prosesini daha da uzaqlaşdırdı”, - deyə bildirib.



Әlaqәli Xәbәrlәr