Orta Şərq sülh prosesi üzrә nazirlər toplantısı öz işinә başlayıb

Orta Şərq sülh prosesi  üzrә  nazirlər toplantısı  Fransanın  paytaxtı  Parisdә öz işinә başlayıb.

503597
Orta Şərq sülh prosesi  üzrә  nazirlər toplantısı  öz işinә başlayıb

Türkiyəni  Baş nazirinin müavini Mehmet Şimşəyin təmsil etdiyi toplantıda BMT-nin Baş katibi Ban Gi-Mun, ABŞ Dövlәt Katibi Con Kerri vә çox sayda    ölkə və təşkilatdan  ümumilikdə 28 nümayəndə iştirak edir.

Qeyd edәk ki, İsrail ilә Fәlәstin  isә iclasda iştirak etmir.

İclasda açılış nitqi ilә çıxış edәn  Fransa prezidenti  Fransua  Hollande  ölkәsinin  iki dövlәtli  hәll  üçün  Fәlәstin vә İsrailin sülh danışıqları masasına  oturmalarını  arzu etdiyini  bildirib.

Sülh  prosesini yenidәn  canlandırmağa çalışdıqlarını qeyd edәn Hollande: ‘‘Narahatlığımız davam edir vә eyni zamanda zorakılıq artır. Ümid isә qalmayıb. Bölgәdәki boşluğu terrorizm  vә ekstremizm  tәrәfdarları  doldurur’’ deyib.

Fransa İsrail ilә Fәlәstinin apardığı  danışıqlarda nәticә әldә olunmadığı üçün  bu toplantıyı keçirmә  tәklifini  etmişdi.



Әlaqәli Xәbәrlәr