BMT TŞ Şimali Koreya barədə bəyanat yaydı

Şimali Koreya bütün xəbərdarlıqlara baxmayaraq, nüvə sınaqlarına davam edir.

502392
BMT TŞ Şimali Koreya barədə bəyanat yaydı

 Birləşmiş Millətlər Təşkilatı son bir həftədə 3 uğursuz sınaq həyata keçirən Pxenyan hökumətini qınadı.
 
 BMT Təhlükəsizlik Şurasının yaydığı mətbuat bəyanatında üzv ölkələrə müraciət edillərək BMT TŞ tərəfindən Şimali Koreya ilə bağlı verilən qərarların pozulduğu bildirilir və üzv ölkələrdən sanksiyaların tam olaraq həyata keçirilməsi tələb olunur.
 
 Bəyanatda KXDR-in  fəaliyyətlərinin təqib ediləcəyi və lazım gəldiyi təqdirdə daha sərt tədbirlərin görüləcəyi də vurğulanır.
 
 Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası  bu ilin yanvar ayında hidrogen bombası, fevralda da raket sınağı keçirdiyini açıqlayan Şimali Koreyaya ağır sanksiyaların tətbiqi barədə qərar vermişdi.



Әlaqәli Xәbәrlәr