Angela Merkel Federal Mәclisindә keçirilәcәk sәsvermәdә iştirak etmәyәcәk
Bu barәdә Almaniya hökumәtinin sözcüsünün müavini Christiane Wirtz bildirib.
Avropa Şurası Parlament Assambleyasındakı Türk nümayəndə heyəti Almaniya nümayəndə heyətinin sǝdri Axel Fişerə Almaniyanın mәclisindә sәsvermәyә çıxarılacaq qanun lǝyihǝsinin qəbul edilməməsi üçün məktub göndərib.
Әdalәt vә İnkişaf partiyası, CHP və MHP tərəfindən imzalanan birgə mətnə sadəcə HDP imza atmayıb.
Məktubda "Türkiyə və Ermənistan arasındakı bu tarixi mübahisənin istismar edilməsinin qarşısının alınmasını gözləyirik" deyilib.
İnsan Hüquqları Araşdırma Komissiyasının sədri Mustafa Yeneroğlu da Almaniya Federal Məclisindəki nazir və millət vəkillərinə məktub göndərib.
Digər tərəfdən Almaniya hökumətinin sözçüsunun müavini Christiane Wirtz də Angela Merkelin məclisdə keçiriləcək səsverməyə qatılmayacağını deyib.
Әlaqәli Xәbәrlәr
Qəzza zolağında 10 min insanın itkin düşdüyü açıqlnıb
Qəzzada İsrailin hücumlarına məruz qalanların 72 faizinin qadın və uşaqlar olduğu vurğulanıb.