Taliban Qazne şәhәrindә intihar hücumu törәdib

Əfqanıstanın Qazne  şəhərində  Apellyasiya Məhkəməsinin binasına  terror tәşkilatı Talibanın tәşkil  etdiyi  hücum  nәticәsindә biri  polis olmaqla  altı nәfәr hәyatını itirib.

502014

Dörd terrorçu-kamikadzenin hәyata keçirdiyi hücum nәticәsindә 11 nәfәr dә yaralanıb.

Әfqanıstan Daxili İşlәr Nazirliyindәn verilәn  açıqlamada dörd  terrorçu-kamikadzenin Qazne şәhәrindә yerlәşәn  Apelyasiya Mәhkәmәsinin binasına hücum tәşkil etdiyi bildirilib.

Nazirlikdәn  verilәn açıqlamada hәmçinin  bir terrorçu-kamikadzenin partlayıcı qurğunu binanın girişindә 3-nün isә binaya daxil olduqdan sonra işә saldıqları bildirilib. Terrorçuların  polis tәrәfindәn öldürüldüyü qeyd edilir.

 Hücuma görә mәsuliyyәti öz üzәrinә götürәn  Talibanın  sözcüsü  Zabiullah Mücahid çox sayda polis  vә әdliyyә  әmkdaşının  öldürüldüyünü iddia edib.

Әlaqәli Xәbәrlәr