Fransa yeni tətil dalğası ilə üz-üzə qalıb

Fransada “Əmək Məcəlləsi haqqında” qanun layihəsinə etirazlar çərçivəsində yaşanan yanacaq sıxıntısının davam etdiyi bir vaxtda ölkə yeni tətil dalğası ilə üz-üzə qalıb.

500750

Fransa Milli Pilot Həmkarlar İttifaqı tərəfindən verilən açıqlamada bildirilir ki, iyunda aviasiya sektorunda müddətsiz tətil başlayacaq.

 Qeyd edək ki, ötən həftə Mülki Aviasiya Həmkarlar İttifaqları iyunun 2-də 3 günlük böyük miqyaslı tətilə çıxacaqlarını bildirmişdi.

Fransa Milli Dəmir Yolları da müddətsiz tətilə çıxacaqlarını açıqlamışdı.

Tətillərlə əlaqədar hazırda benzin sıxıntısının yaşandığı Fransada həm hava, həm də dəmir yolu nəqliyyatı sektoruna böyük miqdarda zərər dəyəcəyi bildirilir.

Ölkədə iyunun 10-da başlayacaq Futbol üzrə Avropa Çempionatına gələn turistlərin də tətil dalğasından əziyyət çəkəcəyi vurğulanır.

Әlaqәli Xәbәrlәr