Rusiya Türkiyə ilə münasibətlərini düzəltmək istəyir

Yunanıstanın Paytaxtı Afinada danışıqlar aparan Rusiya prezidenti Vladimir Putin Yunanistan Baş naziri Alexis Çiprasla  görüşündən sonra Rusiya-Türkiyə münasibətləri haqqında açıqlamalar verdi.

499168
Rusiya Türkiyə ilə münasibətlərini düzəltmək istəyir

 Türkiyə hava məkanını pozmasından sonra türk təyyarələri tərəfindən vurulan rus döyüş təyyarəsi ilə bağlı danışan Putin Türkiyə ilə əlaqələrini düzəltmək istədiklərini bildirdi.
 
 Rusiya Hava Qüvvələrinin nizami şəkildə döyüşmədiyini, terror təşkilatlarını hədəfə aldığını bildirən Putin Türkiyəyə qarşı döyüşməyi heç bir zaman düşünmədiklərini söylədi.
 
Putin Suriyanın şimalında baş verən münaqişələrlə əlaqədar sülh prosesinin başlanmasının zəruriliyini vurğuladı və siyasi həll üçün lazım olanları edəcəklərini dedi.
 
 Rusiya prezidenti Krımın Rusiya tərəfindən işğal edilməsinə dair isə, bu məsələnin bağlandığını və heç kimlə danışıqlara getməyəcəklərini bildirdi.



Әlaqәli Xәbәrlәr