Aİ bu dəfə də Türkiyə prezidentiniı haqlı çıxaran addım atdı

Avropa İttifaqı bir daha onu terror məsələsində riyakarlıqla təqsirləndirən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı haqlı çıxaran addım atdı.

499028
Aİ bu dəfə də Türkiyə prezidentiniı haqlı çıxaran addım atdı

  Belçika yenə də terror təşkilatı PKK-ya aksiya keçirməyə icazə verdi. Avropa İttifaql Komissiyası da terror təşkilatının qondarma hesabatını aldı.
 
 Terror təşkilatı PKK Belçika rəhbərliyindən aldığı icazə ilə Brüsseldə Aİ-yə də məxsus binalarının da yerləşdiyi Schuman Meydanında mitinq keçirdi.
 
 Təxminən 60 nəfərdən ibarət terror tərəfdarları terror təşkilatı PKK, PKK-nın Suriya qolu olan PYD və onun hərbi qanadı YPGYİ simvollaşdıran parçaları və terrorçu rəhbərin plakatlarını qaldırdılar.
 
 Bir müddət şüarlar bağıran nümayişçilərdən üçü daha sonra Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogherininin ofisinə gedərək, ona Türkiyədə davam edən terror əməliyyatlarına dair hazırladıqları qondarma hesabatı təqdim etdilər.
 
 Aİ nümayəndəsi isə, terror tərəfdarları ilə bir müddət söhbət etdikdən sonra təqdim olunan qondarma hesabatı aldı.



Әlaqәli Xәbәrlәr