Misir Hava Yollarına məxsus  sərnişin təyyarəsinin ELT cihazının yeri təsbit edilib

Mayın 19-u Aralıq dənizi üzərində qəzaya uğrayan  Misir Hava Yollarına məxsus  sərnişin təyyarəsinin ELT cihazının yeri təsbit edilib.

498014

Yaradılan araşdırma komitəsinin rəhbəri pilot Eymən əl-Müqəddəm, qəza vəziyyətində aktiv hala gələrək siqnal verən cihazın, təyyarənin düşdüyü ərazidən 5 kilometr aralıqda olduğunu bildirib.

Cihazın araşdırma və xilasetmə qrupuna təslim edildiyini ifadə edən pilot, təyyarənin qara qutusunun isə hələ də aşkarlanmadığını qeyd edib. 

Qeyd edək ki, mayın 19-da Parisdən Qahirəyə uçan təyyarənin göyərtəsində 56 sərnişin, 7 ekipaj üzvü, 3 təhlükəsizlik xidməti əməkdaşı olub.

Qəza nəticəsində göyərtədə olanların hamısı həyatını itirib.

Әlaqәli Xәbәrlәr