1 günün içində 60 min nəfər işsiz qaldı

ABŞ mərkəzli texnologiya nəhəngi “Apple” və Cənubi Koreyanın “Samsung” şirkətlərinə vəsait təmin edən “Foxconn” çalışanların sayını 110 mindən 50 minə endirib

498388
1 günün içində 60 min nəfər işsiz qaldı

  Çində yüksək texnologiya məhsulu olan ağıllı robotlar bir çox sektorda insanların yerini aldığından 60 min adam işsiz qalıb.

  Ölkədə ABŞ mərkəzli texnologiya nəhəngi “Apple” və Cənubi Koreyanın “Samsung” şirkətlərinə vəsait təmin edən “Foxconn” çalışanların sayını 110 mindən 50 minə endirib.

  “China Morning Post”a müsahibə verən hökumət səlahiyyətlisi Ksuy Yulia deyib: “Şirkət robotların istifadəsini artıraraq 60 min adamı işdən çıxarıb. Bir çox şirkət də “Foxconn”un yolu ilə getməyə hazırlaşır”.

  “Foxcoon” bu məlumatı təsdiqləyib, amma bunu yeni investisiya qoyuluşu ilə əlaqələndirib.

  Əhalisinin 65 faizinin çalışdığı 15 ölkədə ötən aylar edilən araşdırmalara görə, süni zəka texnologiyasının inkişafıyla 2020-ci ilə qədər 5 milyon adamın işsiz qalacağı ehtimal edilir.



Әlaqәli Xәbәrlәr