Dünyanın ən böyük sərnişin gəmisi

Dünyanın "Harmony of the Seas" gəmisi Hollandiyanın Rotterdam Limanına lövbər saldı.

496972
Dünyanın ən böyük sərnişin gəmisi

 İnşa edildiyi Fransanın Saint-Nazaire Limanından mayın 15-də yola çıxan "Harmony of the Seas" səhər saatlarında Rotterdam Limanına çatdı.
 
 Burada bir gün qalacaq gəmi şəhər əhalisi tərəfindən maraqla qarşılandı. Maraqlılar limana girər- girməz  gəmini axşam saatlarına qədər gəzə biləcəklər.
 
 Nəhəng gəminin axşam saatlarında Rotterdam Limanından  İngiltərənin Southampton şəhərinə doğru yola çıxması gözlənilir.
 
 STX France şirkətinin 32 ayda Fransada inşa etdirdiyi 362 metr uzunluğunda, 66 metr enində və 73 metr hündürlüyündəki sərnişin gəmisinin qiymətinin1 milyard avro ətrafında olduğu bildirilir.
 
 ABŞ-nın kruiz şirkəti Royal Caribbean tərəfindən Aralıq dənizində istifadə olunacaq 227 min ton ağırlığındakı gəminin 6 min 360 sərnişin və 2 min 100 ekipaj üzvü daşıması nəzərdə tutulur.
 
 Titanikdən 5 dəfə böyük olduğu bildirilən və üzgüçülük hovuzları, oyun salonları, buz meydançası, attraksionu, kino və teatr salonları olan gəmidə səyahət etmək istəyənlər seçəcəkləri kayutanın rahatlığına görə 400 ilə 1200 avro arasında pul ödəyəcəklər.



Әlaqәli Xәbәrlәr