PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam edir

Türk Silahlı Qüvvәlәrinin İraqın  şimalında yerlәşәn  Metina bölgәsinә  tәşkil etdiyi  hava hәrәkatı nәticәsindә terror tәşkilatının mövqelәri mәhv edilib.

496127
PKK-ya qarşı әmәliyyatlar qәtiyyәtlә davam edir

Hәrbi mәnbәlәrin  verdiyi  mәlumata görә,  Metina bölgәsindә  terrorçuların   mövqelәrini müәyyәn edәn  döyüş tәyyarәlәri  gecә  saatlarında  hava hәrәkatı tәşkil edilib. Әmәliyyatlar nәticәsindә  terror tәşkilatına aid  silah-sursatın  vә mağaraların  mәhv edildiyi bildirilib.

Bu arada separatçı terror təşkilatı PKK-ya qarşı ölkә daxilindә dә  әmәliyyatlar  hәyata keçirilir.

Əməliyyatlar nәticәsindә   Hakkarinin Yüksekova və Şemdinli qәsәbәlәrindә  terror təşkilatı PKK-ya aid  5 milyon qutu siqaret ələ keçirilib. Əməliyyat zamanı  bir terrorçu zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr