"El Chapo" ləqəbli narkotik baronu ABŞ-a təhvil veriləcək

Meksika həbsxanasında olan "El Chapo" ləqəbli narkotik baronu Хоаkin Qusman Lоera (Joaquion Guzmán) Amerika Birləşmiş Ştatlarına təhvil veriləcək

495112
"El Chapo" ləqəbli narkotik baronu ABŞ-a təhvil veriləcək

  Meksika Xarici İşlər Nazirliyi Federal Məhkəmənin Qusmanın ABŞ-a verilməsi qərarını təsdiqləyib. Məlumata görə, ABŞ Qusmanı ölüm cəzasına məhkum etməyəcəyinə dair zəmanət verib.

  Qusmanın ABŞ-a göndərilməsiylə əlaqədar qəti bir tarix söylənilməyib, təhlükəsizlik məsələriylə bağlı ekstradisiyanın aylar sürəcəyi qeyd edilib.

  Narkotik baronunun vəkilləri 30 gün içində qərarı apelyasiya məhkəməsinə verəcəklərini deyiblər.

  Qeyd edək ki, ABŞ-a böyük miqdarda narkotik keçirən, Sinaloa kartelinin lideri olaraq tanınan Quzmanla bağlı məhkəmə qərarı 9 mayda açıqlanmışdı. Meksika Federal Məhkəməsi tərəfindən verilən, Qusmanın ABŞ-a ekstradisiya edilə biləcəyi ilə bağlı qərarın həyata keçməsi üçün bunu Xarici İşlər Nazirliyi 20 gün içində təsdiqləməli idi.

  Yüksək qorunan həbsxanadan iki dəfə qaçan Qusman 8 yanvar 2016-cı ildə tutulub yenidən həmin həbsxanaya salındıqdan sonra ABŞ sərhədinə yaxın bir həbsxanaya transfer edilmişdi.

  Qeyd edək ki, “Forbes” jurnalı Quzmanı bir milyard dollara yaxın mal varlığı ilə dünyanın zənginləri siyahısında göstərmişdi.



Әlaqәli Xәbәrlәr