“Türkiyə PYD ilə bağlı sərt reaksiya göstərməkdə haqlıdır”, R.Ford

Amerika Birləşmiş Ştatlarının Dəməşqdəki sonuncu səfiri Robert Ford ABŞ-ın dəstəklədiyi YPG-nin PKK ilə əlaqəli olduğunu açıqlayıb

493084
“Türkiyə PYD ilə bağlı sərt reaksiya göstərməkdə haqlıdır”, R.Ford

    ABŞ Senatı Xarici Əlaqələr Komitəsində keçirilən "Suriyadakı döyüş: böhranı yüngülləşdirmək üçün növbəti addım" mövzulu  iclasda çıxış edən R.Ford PKK və onun Suriyadakı qolu PYD-nin Suriyanın şimalında ölkənin ərazi bütövlüyünü pozaraq dövlət qurmaq istədiyini bildirib. PYD-nin bu planının Türkiyəyə üçün təhdid olduğunu və Türkiyənin bu vəziyyətə sərt reaksiya göstərməsində haqlı olduğunu vurğulayan Robert Ford  ABŞ-ın dəstəklədiyi YPG-nin PKK ilə əlaqəli olduğunu qeyd edib. Ford onu da bildirib ki, bölgədə DAEŞ ilə döyüşən başqa qruplar da var. 



Әlaqәli Xәbәrlәr