Müdafiə büdcə qanun layihəsinə prezident B. Obama tərəfindən veto qoyula bilər

ABŞ-da Respublikaçıların hakim olduğu Konqresdə hazırlanan 2017-ci il müdafiə büdcə qanun layihəsinə prezident Barak Obama tərəfindən veto qoyula bilər.

492383

Ağ Evdən 602 milyard dollarlıq 2017-ci il büdcəsi ilə bağlı verilən açıqlamada, layihədə DEAŞ-la mübarizə, Quantanamo həbsxanasının bağlanılması kimi müdafiə strategiyalarının həyata keçirilməsinin qarşısını alan maddələrin olduğu bildirilib. 

Açıqlamada vurğulanır ki, layihədə DEAŞ-la mübarizə üçün nəzərdə tutulan 18 milyard dolların bir hissəsinin  Müdafiə Nazirliyinin tələb etmədiyi proqramlara  istiqamətləndirilməsi  nəzərdə tutulur. 

Bundan başqa açıqlamada “İdarə, DAEŞ ilə mübarizəsi üçün nəzərdə tutulan büdcənin kəsilməsinə qarşıdır. Bu addım ABŞ ordusunun, İraq hökuməti, Suriyalı müxaliflər və DAEŞ ilə mübarizə aparan digər qüvvələrin iş qabiliyyətini məhdudlaşdıracaq, bu qüvvələrə ABŞ-ın dəstək olmasına mane olacaq” deyə qeyd olunur.

Әlaqәli Xәbәrlәr