İndoneziyada torpaq sürüşməsi: 17 ölüb

İndoneziyanın qərbində baş verən torpaq sürüşməsi və daşqınlar səbəbindən 17 tələbə həlak olub, 4 nəfər isə itkin düşüb.

492088
İndoneziyada torpaq sürüşməsi: 17 ölüb

İndoneziyanın qərbində baş verən torpaq sürüşməsi və daşqınlar səbəbindən 17 tələbə həlak olub, 4 nəfər isə itkin düşüb.

İnsident mayın 15-də İndoneziyanın Şimali Sumatra əyalətindəki “Air Terjun Dua Warna” şəlaləsi yaxınlığında baş verib.

 xilasedicilər 17 nəfərin cəsədini aşkarlayıblar. İndoneziyanın Fövqəladə Vəziyyətlər Zamanı Fəaliyyət Agentliyinin nümayəndəsi Darvin Surbaktinin məlumatına əsasən, hazırda davam edən axtarış əməliyyatlarına xilasedici, hərbçi, polis və könüllülərdən ibarət 150 nəfər cəlb edilib.

Xatırladaq ki, mövsüm yağışları hər il İndoneziyada daşqınlara və torpaq sürüşmələrinə səbəb olur.



Әlaqәli Xәbәrlәr