Obama prezidentliyə namizəd Trampı yenə tənqid etdi

ABŞ prezidenti ölkələrin artıq bir-birlərindən asılı olduğunu vurğulayıb

491513
Obama prezidentliyə namizəd Trampı yenə tənqid etdi

  Nyu Cersi Universitetində 50 min nəfərin qatıldığı məzuniyyət tədbirində çıxış edən ABŞ prezidenti Barak Obama Trampın “Müsəlmanların ölkəyə gəlməsinin qarşısı alınsın” təklifinə növbəti dəfə sərt reaksiya verərək: “Müsəlmanların ölkəyə girişinə mane olmaq dəyərlərimizə ziddir”, - deyə bildirib. Obama həm də onu qeyd edib ki, “Müsəlmanlara fərqli rəftar təkcə dəyərlərə deyil, həm də ABŞ-ın ölkə daxili və xarıcindəki tərəfdaşlarına mənfi rəy formalaşdırmaq deməkdir”.  

  ABŞ prezidenti ölkələrin artıq bir-birlərindən asılı olduğunu vurğulayaraq Donald Trampın Meksika sərhədinə divarhörmə təklifinin də ölkə iqtisadiyyatına zərər verə biləcəyini söyləyib.  



Әlaqәli Xәbәrlәr